İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb

İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb

Tarix: 12 Sep 2026 08:06

İsrail və Livan nümayəndə heyətləri arasında Romada keçirilməsi planlaşdırılan danışıqların növbəti raundu oktyabr ayına təxirə salınıb.

Bu barədə “Axios” portalının və İsrailin “12-ci kanal”ının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, danışıqların növbəti raundunun gələn həftə Romada keçirilməsi nəzərdə tutulurdu, lakin görüş təxirə salınıb.

Bunun əvəzinə İsrail və Livanın ABŞ-dəki səfirləri Vaşinqtonda Dövlət Departamentində görüşəcəklər. Tərəflər son hadisələri və iki ölkə arasında çərçivə sazişinin icrasını müzakirə edəcəklər.

ABŞ rəsmisi İsrail və Livan arasında rəsmi danışıqların növbəti raundunun oktyabrda Romada keçiriləcəyini bildirib.

“Axios”un məlumatına görə, görüşün təxirə salınmasının səbəblərindən biri tərəflərin digər tədbirlərə, o cümlədən BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə hazırlaşmasıdır.

İsrail Livan danışıqlar ABŞ

Mənbə: apa.az

Xəbər Lenti