Şənbə, 12 Sentyabr, 2026
Tarix: 12 Sep 2026 04:54
Böyük Britaniya ordusu müasir döyüş şəraitində atlardan istifadə imkanlarını sınaqdan keçirir.
Bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Qəzet Böyük Britaniyanın Kral Atlı Qvardiyasının hərbçilərinin kamuflyaj edilmiş atlar üzərində görüntülərini yayımlayıb. Fotolar İngiltərənin cənubundakı Hempşir qraflığında yerləşən Lonqmur hərbi poliqonunda keçirilən illik yay təlimləri zamanı çəkilib. Lonqmur Britaniya Müdafiə Nazirliyinin aktiv hərbi təlim ərazilərindən biridir.
Böyük Britaniyanın Müdafiə Nazirliyi belə təlimlərin keçirildiyini təsdiqləyib.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, hərbçilər at belində kəşfiyyat aparılması, çətin relyefdə hərəkət, kamuflyaj, təchizatın çatdırılması və atlara qulluq imkanlarını öyrənirlər.
Britaniya ordusu bu zaman hərbi əməliyyatlarda atlardan istifadəni davam etdirən müttəfiq ölkələrin təcrübəsini də nəzərə alır.
Böyük Britaniya ordu kəşfiyyat hərbi təlimlər
Mənbə: apa.az