Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib

Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib

Tarix: 12 Sep 2026 05:18

ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqres seçkilərindən dərhal sonra İranla müharibəni başa çatdırmaq niyyətində olduğunu bir daha bildirib. O, eyni zamanda respublikaçıların seçkilərdə məğlub olacağı təqdirdə Vaşinqtonun İrana qarşı mövqeyinin daha da sərtləşə biləcəyini istisna etməyib.

Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“Müharibə aralıq seçkilərindən dərhal sonra başa çatacaq”, – ABŞ Prezidenti bildirib.

Aparıcı Laura İnqrem Trampdan bunun respublikaçıların həm qələbəsi, həm də məğlubiyyəti halında baş verib-verməyəcəyini soruşub.

“Düşünürəm ki, çoxları hesab edir ki, əgər biz məğlub olsaq, mən daha çox qəzəblənəcəyəm və sadəcə bu məsələni həll edəcəyəm. Bu da variantlardan biridir. İstənilən halda onlar məğlub olacaqlar”, – Tramp cavab verib.

ABŞ İran Donald Tramp müharibə

Mənbə: apa.az

Xəbər Lenti