Şənbə, 12 Sentyabr, 2026
Tarix: 12 Sep 2026 11:37
Bolqarıstanın Qabrovo vilayətində Tryavna və Tsareva-Livada şəhərləri arasındakı Qorni-Vırpişta kəndi ərazisində yerləşən kompleksdə silah istehsalçısı EMCO şirkətinə məxsus sursat anbarında partlayışla müşahidə olunan yanğın baş verib.
Bu barədə NOVA şirkət rəhbərliyinə və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, yanğın daha sonra digər iki obyektə də keçib. Sursatların alışmasından sonra bir neçə partlayış baş verib. Anbarlarda iki mühafizəçi ərazini vaxtında tərk edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, avqustun 10-da Tryavna yaxınlığındakı Belitsa kəndi ərazisində şirkətə məxsus müəssisədə bir sıra partlayışlar baş verib. Yanğın yük maşınından başlayıb, daha sonra zavod ərazisinə və yaxınlıqdakı meşəyə yayılıb. Hadisə zamanı təxminən 300 işçi təxliyə edilib, ərazi mühasirəyə alınıb.
Selcan Zaurqızı Bolqarıstan sursat anbarları partlayış yanğınMənbə: apa.az