"Bitcoin" bahalaşıb

Tarix: 01 Apr 2026 09:35

Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlər üzrə əsasən müsbət dinamika müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, Bitcoin son 24 saatda 1,45% bahalaşaraq 68 570,82 dollar, Ethereum isə 3,12% artaraq 2 127,79 dollar səviyyəsinə yüksəlib.

Bazarın digər əsas aktivlərində də əsasən artım qeydə alınıb. Belə ki, BNB 0,72% artaraq 616,74 dollar, XRP 1,57% bahalaşaraq 1,34 dollar, Solana 1,03% artaraq 83,99 dollar, Dogecoin isə 1,84% yüksələrək 0,09299 dollar təşkil edib.

Eyni zamanda bəzi aktivlərdə azalma müşahidə olunub. TRON 1,46% ucuzlaşaraq 0,3160 dollar, Bitcoin Cash isə 0,58% azalaraq 463,03 dollar səviyyəsinə geriləyib.

Ümumilikdə bazarda müşahidə olunan müsbət dinamika investorların bazara qayıdan marağı, alışların artması və qısa müddətli bərpa tendensiyası ilə izah olunur.

İlahə Səlimova bitcoin kriptovalyuta

Xəbər Lenti