Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 28 Nov 2023 00:04
Gəncədə güclü külək işıq dirəyini maşının üzərinə aşırıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb
.Belə ki, güclü külək nəticəsində yolun kənarında dayan "Mercedes"markalı minik maşının üzərinə işıq dirəyi düşüb.
Xoşbəxtlikdən hadisə vaxtı xəsarət alan olmayıb.
***
27.11.2023
Saat 21:14
Gəncədə güclü külək bir sira fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, külək nəticəsində şəhərin Ruzigar Qasımov küçəsindəki ağac yaşayış evinin üzərinə aşıb.
Evə ziyan dəydiyi bildirilib.
Budan başqa güclü külər şəhərin Atatürk, Şah İsmayıl Xətai prospketlərində və Dədə Qorqud küçəsində bir neçə ağacı aşırıb.
Həmçinin şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda qərb bölgəsində küləkli hava höküm sürür.



Mənbə: apa.az