Naxçıvanda gənc oğlan bıçaqlanıb

Tarix: 02 Mar 2024 22:38

Naxçıvanda 19 yaşlı oğlan boyun nahiyəsindən bıçaqlanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb.

Hadisə zamanı 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlu Şərur rayon Cəlilkənd sakini, həmyaşıdı - Kərimov Tural Vəli oğlu tərəfindən bıçaqlanıb.

O, təcili olaraq Naxçıvan Sağlamlıq Mərkəzinə aparılıb və əməliyyat olunub.

Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti