“Qarabağ” səfərdə “Neftçi”ni darmadağın edib

Tarix: 03.03.2024 21:05

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

APA xəbər verir ki, turun son oyununda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "Neftçi Arena"da reallaşan ölkə derbisi Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 47-ci dəqiqədə qonaqların heyətində Nəriman Axundzadə açıb. Toral Bayramov 60-cı dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Filip Ozobiç 71-ci dəqiqədə penaltidən fərqi minimuma endirib. Toral Bayramov 90+4-cü dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 90+7-ci dəqiqədə Leandro Andrade müəyyənləşdirib.

Turun əvvəlki oyunlarında "Kəpəz" " Sumqayıt"a 3:1, "Sabah" "Araz-Naxçıvan"a 2:0, "Səbail" "Qəbələ"yə 3:2 hesabı ilə qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.

Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 60-a çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Səbail" 37 xalla 2-ci, "Neftçi" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər Lenti