Mirça Luçesku infarkt keçirib, reanimasiyaya yerləşdirilib

Tarix: 03 Apr 2026 16:40

Ötən gün Rumıniya millisinin baş məşqçi postundan ayrılan Mirça Luçeskunun halı yenidən pisləşib.

Apasport.az xəbər verir ki, 80 yaşlı mütəxəssis bu səhər infarkt keçirib.

Təcrübəli məşqçinin hazırda reanimasiyada olduğu bildirilib.

Qeyd edək ki, Mirça Luçesku bir neçə gün əvvəl Rumıniya milli komandasının məşqindən əvvəl huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Mirça Luçesku xəstəxana Rumıniya

Xəbər Lenti