Şənbə, 4 Aprel, 2026
Tarix: 04 Apr 2026 10:22
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın üzvi kimyəvi birləşmələr ixracında gəlirləri 1 milyon 520 min ABŞ dolları təşkil edib.
Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfə azdır.
İki ayda üzvü kimyəvi birləşmə ixracı ölkənin ümumi ixracının 0,04%-i həcmində olub.
Yanvar-fevral aylarında Azərbaycana 7 milyon 488 min ABŞ dolları dəyərində üzvi kimyəvi birləşmə idxal olunub. Bu isə illik 6,24% çoxdur.
Hesabat dövründə üzvi kimyəvi birləşmələrin idxalı ölkənin ümumi idxalının 0,29%-ni təşkil edib.
Əşrəf Mehdiyev ixrac idxal