Şənbə, 4 Aprel, 2026
Tarix: 04 Apr 2026 11:03
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 48,4 milyon manatlıq məhsul istehsal olunub.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% azdır.
Hesabat dövründə ölkədə elektrik avadanlıqlarının istehsalı 48,9% artıb.
İki ayda illik müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı sahəsi üzrə noutbukların istehsalı 94,6% azalıb, elektrik avadanlıqlarının istehsalı sahəsi üzrə elektrik tənzimləyici cihazların istehsalı isə 2,1 dəfə artıb.
Əşrəf Mehdiyev noutbuk komputer istehsal