Gəncədə ana və oğlu dəm qazından zəhərlənib, ölən var

Tarix: 04 Mar 2024 23:44

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosnun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb.

Sözügedən ünvanda yaşayan ana və oğlu, 1981-ci il təvəllüdlü Rufan Fərəcov dəm qazından zəhərləniblər.

Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.

Xəbər Lenti