Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 05 Mar 2024 15:15
Bakı-Quba yolunda, Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində həlak olub. Avtomobildə olan digər 3 nəfər - 1976-cı il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı, 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu və 2023-cü il təvəllüdlü Nuray Kazımova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.

