Quba və Qusar rayonlarından axan bəzi çaylardan sel keçib - VİDEO

Tarix: 05 Apr 2026 19:22

Aprelin 5-də bölgədə yağan intensiv xarakterli yağışlar nəticəsində Quba və Qusar rayonları ərazisindən axan çaylarda sululuq artıb, bəzi çaylarda isə sel müşahidə olunub.

Bu barədə APA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Monitorinqlərin nəticələrinə görə, Vəlvələçayda suyun səviyyəsi 97 sm, Qusarçayda 73 sm, Qudyalçayda 22 sm, Qaraçayda isə 13 sm artıb.

Sel hadisələri Quba rayonundan axan Quruçay, Ağçay, Qudyalçay, Vəlvələçay və Karivats çaylarında, Qusar rayonunda Qusarçay, Hilçay, Yasabçay, Mucuqçay, Ləçətçay, Sudurçay və Gündüzqalaçayda, Siyəzən rayonunda Ataçay və Gilgilçayda, Şabran şəhəri ərazisində Dəvəçiçayda, Xaçmaz rayonunda isə Ağçay, Caqacuqçay və Qaraçayda qeydə alınıb.

Hazırda sel davam edir və vəziyyət tam nəzarətdə saxlanılır.

Monitorinqlər davam etdirilir, əhalinin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülür.

https://t.me/apa_az/117230

Əşrəf Mehdiyev Quba-Qusar sel ADSEA

Xəbər Lenti