Bazar ertəsi, 6 Aprel, 2026
Tarix: 06 Apr 2026 12:46
2025-ci ilin sonuna investisiya şirkətlərinin müştəri aktivlərinin ümumi həcmi 2,6 mlrd. manat təşkil edib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, investisiya şirkətlərinin müştəri aktivləri 2024-cü ilə nisbətən 36,8% və ya 680 mln. manat artıb.
Qeyd edilib ki, ümumi aktivlərin 2,32 mlrd. manatı xarici bazarlarda yerləşdirilmiş aktivlərin payına düşüb. Xarici bazarlarda yerləşdirilmiş müştəri aktivlərinin 82%-i və ya təxminən 1,9 mlrd. manatı hüquqi şəxslərin, 18%-i və ya təxminən 418 mln. manatı isə fiziki şəxslərin payına düşüb.
Açıqlamaya əsasən, xarici bazarlara yönəldilmiş investisiyaların əsas hissəsi xarici ölkələrin dövlət və korporativ istiqrazlarına yatırılıb.
Rahim Tarıverdiyev Azərbaycan investisiya xarici birja birja yatırım səhm istiqraz