Bazar ertəsi, 6 Aprel, 2026
Tarix: 06 Apr 2026 12:12
Bu il mart ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı illik müqayisədə 1.7% və ya 269.4 min nəfər artaraq 16 milyon 401.5 min nəfər olub. Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Hesabat tarixinə, bank müştəri hesablarının sayı isə illik müqayisədə 17% və ya 8.2 milyon artaraq 56 milyon 807.4 min təşkil edib. Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 44 milyon 713.9 min ədədi cari hesabların, 11 milyon 368.5 min ədədi kredit hesablarının, 725 min ədədi isə depozit hesablarının payına düşüb.
İlahə Səlimova bank müştəri hesabı cari hesab kredit depozit