ETSN: Bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb

Tarix: 06 Apr 2026 13:21

Son günlər yağan intensiv yağıntılar nəticəsində Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində və Bibiheybətdəki mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır.

Bildirilib ki, hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.

Gülcahan İmanqızı sürüşmə hadisə Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Xəbər Lenti