Bakıda 23 yaşlı oğlan dəm qazından ölüb

Tarix: 06 Apr 2026 13:00

Bakıda 23 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Balaxanı qəsəbə sakini 2003-cü il təvəllüdlü İlkin Əsədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Selcan Zaurqızı Dəm qazı ölüm

Xəbər Lenti