“Qarabağ”ın qrupdakı son oyununun biletləri satışda

“Qarabağ”ın qrupdakı son oyununun biletləri satışda

Tarix: 28 Nov 2023 13:00

Avropa Liqasının qrup mərhələsində dekabrın 14-ü keçiriləcək “Qarabağ” - “Hekken” oyununun (saat 21:45) biletləri iticket.az-da satışa çıxarılıb.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 250 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu; Tofiq Bəhramov adına Respublika stadionunun kassaları; Heydər Əliyev sarayının kassaları; ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti