Cümə axşamı, 12 Mart, 2026
Tarix: 28 Nov 2023 12:56
“Kollec rəhbərlərinin əmək müqaviləsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində imzalanacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu agentliyin direktoru Ülkər Səttarova “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, hazırda bütün kolleclərin rəhbər vəzifələri doludur: “Sadəcə bundan sonra kollec rəhbərlərinin əmək müqaviləsi bizim agentliklə imzalanacaq. Bu istiqamətdə hüquqşünas və mütəxəssislərimiz iş görür”.
Lamiyə Məmmədova