FHN Xızıda Sitalçay kəndində təxliyə işləri aparılır - FOTO

Tarix: 06 Apr 2026 14:42

Xızıda Sitalçay kəndindən sel keçib.

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanlığının xidmət rəisi polkovnik Cəfər Həsənov APA-ya açıqlamasında bildirib ki, səhər təxminən saat 7-8 radələrində FHN-ə bununla bağlı siqnal daxil olub.

Hazırda FHN-in texnikaları və şəxsi heyəti ərazidədir, təxliyə işi aparılır.

Onun sözlərinə görə, indiyə kimi altı evdən 8-i böyük, 5-i azyaşlı olmaqla ümumilikdə 13 nəfər təxliyə edilib.

Günay Elşən FHN təxliyə Xızı

Xəbər Lenti