Hərbi hospitalın bölmə rəisinin məhkəməsi başlayıb

Tarix: 06 Apr 2026 17:15

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayevin cinayət işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, cinayət işiBakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə baxılır.

Bu gün məhkənin baxış iclası başlayıb, prosesdə ittiham aktı elan edilib.

Azər Paşayevə Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Hərbi hospitalın Maddi texniki təminat bölməsinin rəisi Azər Paşayevin adı “İstirahət evi”nin sabiq rəisi İlham Haqverdiyevin cinayət işində keçib. Belə ki, cinayət işi üzrə şahid qismində ifadə verən Murğuz Həsənovun şahid ifadəsi əsasında Müdafiə Nazirliyinin “İstirahət evi”nin sabiq rəisi İlham Haqverdiyev barəsində də cinayət işi başlanılıb. Sabiq rəis hazırda həbsdədir və məhkəmə istintaqı davam edir. Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi vəzifəini Murğuz Həsənov icra edir.

Emin Şirvanzadə Bakı Hərbi Məhkəməsi İlham Haqverdiyev Müdafiə Nazirliyi "İstirahər Evi" Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev

Xəbər Lenti