Gəncədə 4 maşın toqquşub, xəsarət alanlar var

Gəncədə 4 maşın toqquşub, xəsarət alanlar var

Tarix: 28 Nov 2023 12:58

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan iki "Mercedec", "VAZ 2104" və "Chevrolet" markalı minik maşınları toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparırılır.

Mənbə: apa.az

Xəbər Lenti