Bazar ertəsi, 6 Aprel, 2026
Tarix: 06 Apr 2026 18:09
Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə ailənin (uşaqlarının 6-sı dəm qazından zəhərlənən ailənin - red.) qiymətləndirilməsini aparıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, qiymətləndirmənin nəticələrinə əsasən, ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası istiqamətində kompleks tədbirlər planı hazırlanıb: "Proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək".
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yaşayış evində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Aprelin 1-i Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub. Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb. Hazırda digər 5 nəfərin müalicələri davam etdirilir. Onlardan 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Günay Elşən Sosial Xidmətlər Agentliyi zəhərlənmə reabilitasiya