Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 06 Apr 2026 23:29
Biləsuvar rayonunda qadın meyiti aşkarlanıb.
APA-nın cənub bürosu xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Xalidə Ağabəy qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tikilidə aşkar edilib.
Qeyd olunub ki, X.Rüstəmova iki uşaq anası olub. Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Biləsuvar meyit