Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 07 Apr 2026 00:17
Gəncədə zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospekti ərazisində qeydə alınıb. Şəhər sakini, 1962-ci il təvəllüdlü S. Mehdiyevanın meyiti yaşadığı evin hamam otağında aşkar edilib. Qonşular qadından xəbər ala bilmədikləri üçün FHN-in “112” qaynar xəttinə məlumat veriblər. Əraziyə cəlb olunan xilasedicilər meyiti hamam otağından çıxarıblar.
Qeyd olunub ki, meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. İlkin məlumata əsasən, qadın kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Onun müəllimə olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Fuad Nazimoğlu Gəncə dəm qazı hadisə ölüm

