Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 07 Apr 2026 10:19
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 21,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39,2% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan xarici bazarlara 36 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilmişdi.
İlahə Səlimova karbamid ixrac gəlirləri