Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı ölüb

Tarix: 07 Apr 2026 13:18

Daha bir Azərbaycan vətəndaşı Rusuya ilə Ukrayna arasında gedən müharibədə həlak olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar rayonu Qarabörk kənd sakini, 1999-cu il təvəllüdlü Soltan Kamran oğlu Qədirov 1 il öncə müharibə bölgəsində itkin düşüb. Mərhumun nəşi tapılaraq Vətənə gətirilib və ailəsinə təhvil verilib. Soltan Qədirovun nəşi Qarabörk kənd qəbiristanlığında torpağa tapşırılıb.

S.Qədirovun Rusiya tərəfindən döyüşlərdə iştirak etdiyi bildirilir.

Zahid Abışov Rusiya-Ukrayna müharibəsi azərbaycanlı Ucar sakini

Xəbər Lenti