Bakı Limanı yük aşırma üzrə rekord göstəriciyə nail olub

Tarix: 07 Apr 2026 12:58

Bu ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Limanı 423 124 ton səpkili yük (karbamid, kükürd) aşırıb. Bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təqribən 46% çoxdur.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, bu ilin martında limanda 162 min ton səpkili yük aşırılıb. Bu, ötən ilin martında qeydə alınan göstəricidən 94% çoxdur, həmçinin aşırılmış səpkili yüklər üzrə aylıq rekord nəticədir.

Bundan başqa, martda Bakı Limanının Ümumi yüklər terminalında 78 gəmi yanaşmaşı olub ki, bu da öz növbəsində rekord göstəricidir.

Emil İsmayılov ADY Bakı Limanı

Xəbər Lenti