Avropa Komissiyası neft və qaz üzrə koordinasiya qruplarının fövqəladə iclaslarını keçirəcək

Tarix: 07 Apr 2026 16:38

Avropa Komissiyası bu həftə neft və qaz üzrə koordinasiya qruplarının fövqəladə iclaslarını keçirəcək.

“TASS”ın verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa Itkonen Brüsseldə keçirilən brifinqdə bildirib.

“Avropa Komissiyası çərşənbə günü neft üzrə koordinasiya qrupunun, cümə axşamı isə qaz üzrə koordinasiya qrupunun iclasını keçirəcək. Biz Avropa İttifaqında enerji resurslarının çatışmazlığının qarşısının alınması üçün tədbirləri müzakirə edəcəyik”, - Anna-Kaisa İtkonen qeyd edib.

O əlavə edib ki, müzakirə ediləcək məsələlərdən biri Avropa İttifaqı ölkələri ilə Avropa hava limanlarında aviasiya yanacağı ehtiyatlarının səviyyəsi barədə məlumatların mübadiləsi olacaq. Yanacağın çatışmazlığı artıq bəzi ölkələrdə bir sıra reyslərin ləğv olunmasına səbəb olub.

Emil İsmayılov Avropa Komissiyası Avropa İttifaqı avtomobillə neft qaz

Xəbər Lenti