Cümə axşamı, 7 May, 2026
Tarix: 06 May 2026 23:29
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında son 24 saat ərzində çox yaxşı danışıqlar aparıldığını bildirib. APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Son 24 saatda çox yaxşı danışıqlar apardıq və razılığa gəlmək ehtimalı çox yüksəkdir”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, Vaşinqton istədiyini əldə etməlidir.
“Əgər bu baş verməsə, böyük addım atmalı olacağıq”, – deyə o vurğulayıb.
Trampın sözlərinə görə, Tehran da razılaşma əldə etmək istəyir.
ABŞ İran Tramp danışıqlar