Sumqayıtda damda təmir aparan şəxs xəsarət alıb - VİDEO

Sumqayıtda damda təmir aparan şəxs xəsarət alıb - VİDEO

Tarix: 18 Oct 2026 19:08

Sumqayıt şəhərində tikilinin damında təmir işləri aparan şəxs xəsarət alaraq köməksiz vəziyyətdə qalıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. Bununla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, 1985-ci il təvəllüdlü Məmmədov Məhəbbət İldırım oğlu tikilinin damında təmir işləri apararkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər vətəndaşa yerində ilkin yardım göstərdikdən sonra onu xüsusi xilasetmə vasitələrinin köməyi ilə aşağı endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Sumqayıt FHN xilasetmə əməliyyatı damda təmir bədbəxt hadisə xəsarət xilasedicilər təcili tibbi yardım

Mənbə: apa.az

Xəbər Lenti