Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib

Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib

Tarix: 18 Oct 2026 16:08

ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NBC telekanalının “Meet the Press” proqramına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton müəyyən müddət dayandırılan kəşfiyyat məlumatlarının paylaşılmasına yenidən başlayıb.

Zelenski məlumat mübadiləsinin dəqiq nə vaxt bərpa olunduğunu açıqlamayıb.

Ukrayna Prezidenti, həmçinin ABŞ ilə danışıqların bu həftə baş tutacağına ümid etdiyini bildirib.

Ukrayna ABŞ Volodimir Zelenski kəşfiyyat məlumatları NBC Bloomberg Vaşinqton Kiyev ABŞ-Ukrayna münasibətləri

Mənbə: apa.az

Xəbər Lenti