İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib

İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib

Tarix: 18 Oct 2026 14:36

İndoneziyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi (BMKG) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Labuan Bajo bölgəsindən 60 kilometr məsafədə qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, İndoneziya Sakit okeanın “Odlu halqa” adlanan seysmik fəal zonasında yerləşdiyindən ölkədə tez-tez zəlzələlər və vulkan püskürmələri baş verir.

İndoneziya zəlzələ 5 3 maqnitudalı zəlzələ Labuan Bajo BMKG yeraltı təkanlar Sakit okean Odlu halqa

Mənbə: apa.az

Xəbər Lenti