TDT-nin Baş katibi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

TDT-nin Baş katibi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Tarix: 18 Oct 2026 11:35

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, Baş katib bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə hökumətə və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Kubanıçbek Ömüralıyev bildirib ki, bu əlamətdar tarix Azərbaycan xalqının iradəsini, əzmkarlığını, müstəqilliyinə və suverenliyinə sadiqliyini əks etdirir.

Baş katib Azərbaycana sülh, birlik, davamlı inkişaf və rifah arzulayıb.

Azərbaycan Türk Dövlətləri Təşkilatı TDT Kubanıçbek Ömüralıyev Müstəqilliyin Bərpası Günü 18 Oktyabr müstəqillik suverenlik

Mənbə: apa.az

Xəbər Lenti