Bazar, 18 Oktyabr, 2026
Tarix: 18 Oct 2026 09:27
Səudiyyə Ərəbistanının Nəcran bölgəsində hərbi helikopter qəzaya uğrayıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki ekipaj üzvü həyatını itirib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki bildirib ki, AH-6i tipli kəşfiyyat helikopteri texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Hadisə Səudiyyə Ərəbistanının Milli Qvardiya Nazirliyinin nəzarətində olan ərazidə baş verib.
Səudiyyə Ərəbistanı Nəcran helikopter qəzası hərbi helikopter AH-6i Türki əl-Maliki husilər Yəmən ölənlər
Mənbə: apa.az