Bazar, 18 Oktyabr, 2026
Tarix: 18 Oct 2026 03:48
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ölkənin ərazi suları üzərində iki pilotsuz uçuş aparatını vurub.
“Euronews”un məlumatına görə, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlik vurulan PUA-ların Rusiyanın “Geran” ailəsinə aid reaktiv zərbə dronları olduğunu bildirib.
Rumıniyanın müdafiə naziri Radu Mirutsenin sözlərinə görə, ilk dron yerli vaxtla saat 17:59-da ölkənin hava məkanına daxil olub və iki dəqiqə ərzində Sulina şəhərindən 25 kilometr cənub-şərqdə vurulub.
İkinci PUA isə saat 18:05-də Sulinadan 20 kilometr şərqdə məhv edilib.
Nazirlik bildirib ki, əməliyyatda Feteşti şəhəri yaxınlığındakı 86-cı Borça aviabazasından havaya qaldırılan iki F-16 qırıcısı iştirak edib.
Rumıniya Rusiya Qara dəniz F-16 dron PUA Geran Sulina NATO
Mənbə: apa.az