Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var

Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var

Tarix: 17 Oct 2026 19:37

Pakistan və Əfqanıstan sərhədində toqquşma baş verib.

“Geo News”un xəbərinə görə, Əfqanıstan hərbçiləri terrorçuların Pakistana keçməsini asanlaşdırmaqdan ötrü Pakistan tərəfinə atəş açıb.

Cavab tədbirləri nəticəsində bir neçə əfqanıstanlı hərbçi ölüb.

Əfqanıstana məxsus hərbi düşərgənin də məhv edildiyi bildirilib.

Hadisə Yuxarı Kurram və Qozgərhi sərhəd bölgələrində baş verib.

Toğrul Quluzadə Pakistan Əfqanıstan sərhəd toqquşma

Mənbə: apa.az

Xəbər Lenti