Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 13:42
Bu ilin yanvar ayında "Baku Steel Company" QSC 5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz artıb.
Xatırladaq ki, zavod 2025-ci ilin yanvar ayında 3,7 milyon dollarlıq məhsul ixrac etmişdi.
Məlumat üçün bildirək ki, "Baku Steel Company" QSC müasir poladəritmə və fasiləsiz poladtökmə texnologiyası ilə standartlara uyğun karbonlu və legirli poladdan pəstahlar, borular, tikinti armaturları, həmçinin növlü və fasonlu yaymalar olan şveller, künclük, ikitavr, katanka (polad məftil) və fasonlu tökmələr kimi məhsulların istehsalını həyata keçirir.
İlahə Səlimova "Baku Steel Company" QSC ixrac gəlirləri