Şənbə, 17 Oktyabr, 2026
Tarix: 17 Oct 2026 19:05
Misir parlamenti Səudiyyə Ərəbistanına edilən hücumlar səbəbindən bu ölkəyəqsədi yardım etmək üçün addımların müzakirə olunması məqsədilə fövqəladə sessiya keçirəcək.
“Al Jazeera” xəbər verir ki, sessiya prezident Əbdülfəttah əs-Sisinin müraciəti əsasında sabah-oktyabrın 18-də keçiriləcək.
Qeyd edək ki, əs-Sisi lazım olduğu təqdirdə Misirin Səudiyyə Ərəbistanını müdafiə etməyə hazır olduğunu bəyan edib.
Yəməndə Husilər və koalisiya qüvvələri arasında gedən döyüşlər fonunda, Səudiyyə Ərəbistanının bir sıra bölgələri, o cümlədən enerji təsisatları da raket və dronlarla hədəfə alınır.
Toğrul Quluzadə Misir parlament Səudiyyə Ərəbistanı sessiya Yəmən HusilərMənbə: apa.az