Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Tarix: 17 Oct 2026 16:37

Kiyevdə şəhərin qışa hazırlığının yetərli olmadığı iddiası ilə mer Vitali Kliçkonun istefası tələb olunur.

APA xəbər verir ki, Kiyev şəhər administrasiyasının binası qarşısında aksiya keçirilir.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Kliçkonu tənqid edərək Kiyevin digər regionlarla müqayisədə qışa, xüsusilə kritik infrastrukturun hazırlığına daha zəif hazırlaşdığını bildirib.

Mənbə: apa.az

Xəbər Lenti