Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək

Tarix: 01 May 2026 13:23

Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Firuzə Vahid Mallar gömrük dəyəri milli valyuta

Xəbər Lenti