Zelenski Trampın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandırması ilə bağlı təəssüfünü ifadə edib

Zelenski Trampın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandırması ilə bağlı təəssüfünü ifadə edib

Tarix: 17 Oct 2026 13:16

Rusiya ötən gecə Ukraynanın enerji obyektlərinə qarşı ən böyük hücumlardan birini həyata keçirib.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.

Onun sözlərinə görə, Ukraynanın müxtəlif bölgələrində 15-dən çox kritik elektrik enerjisi istehsalı və ötürmə obyketi hücuma məruz qalıb, hazırda sözügedən təsisatlarda bərpa işləri aparılır.

“Ən ağır vəziyyət isə Lutsk, Rovno, Jıtomir, Vinnitsiya, Şepetivka, Slavuta və Netişın bölgələrində idi. Xarkov, Kiyev, Dnepr və digər bölgələrdə də enerji müəssisələri hədəfə alınıb”, - Zelenski bildirib.

Ukrayna prezidenti ölkəsinin enerji obyektlərinə hücum edilən bir vaxtda, Trampın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandırmasını, rəsmi Moskvaya qarşı təzyiqin yumşaldılmasını təəssüflə qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya və İrana qarşı sanksiyaların şiddətləndirilməsini nəzərdə tutan “Lindsi Qrehem Aktı”nın qüvvəyə minməsindən bir neçə gün əvvəl Moskvanın bu aktdan kənarda saxlanılması ilə bağlı qərar imzalayıb.

Toğrul Quluzadə Zelenski Ukrayna Rusiya hücum enerji sektoru

Mənbə: apa.az

Xəbər Lenti