Rusiya Niderlanda xəbərdarlıq edib

Tarix: 01 Apr 2026 15:33

Rusiya Niderlanda xəbərdarlıq edir ki, rusiyalı jurnalistlərə qarşı təzyiqlər cavabsız qalmayacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Niderland hakimiyyətinin rusiyalı jurnalistin yaşayış icazəsini yeniləməkdən imtina etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya buna cavab olaraq niderlandlı jurnalistin akkreditasiyasını ləğv edir.

Fərid Əkbərov Rusiya Niderland Zaxarova

Xəbər Lenti