Şənbə, 17 Oktyabr, 2026
Tarix: 17 Oct 2026 14:54
Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvar rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı avtomobili Səmədabad kəndi ərazisində idarəetməni itirərək aşırıb.
Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər.
Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
***
14:20
Biləsuvarda ağır yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.
İlkin məlumata görə, iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Biləsuvar qəzaMənbə: apa.az