Şənbə, 17 Oktyabr, 2026
Tarix: 17 Oct 2026 17:22
Husilər təktərəfli olaraq 159 nəfər əsiri azad edib.
APA xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.
Bildirilib ki, təşkilat hər bir əsirlə azad edilməmişdən əvvəl söhbət aparıb, ailələrinə xəbər verib və onlara evə qayıtmaq üçün kömək təklif edib.
Qeyd edək ki, Yəməndə Husilər və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri arasında döyüşlər gedir.
Toğrul Quluzadə Husilər Beynəlxalq Qızıl Xaç Komitəsi hərbi əsir 159 nəfərMənbə: apa.az