Çində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər itkin düşüb

Çində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər itkin düşüb

Tarix: 07 Jul 2026 13:27

Çinin şimal-qərbində yerləşən Qansu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər itkin düşüb.

Bu barədə "Xinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 06:56-da Qansu əyalətinin Lunnan şəhərinin Tançan qəzasının Nanxe qəsəbəsində yerləşən Jenzan kəndində qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, torpaq kütləsi altında ümumilikdə 33 nəfər qalıb. Onlardan 21-i xilas edilib. Xilas olunanlardan 5-i həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Hazırda itkin düşən 12 nəfərin tapılması istiqamətində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

İlqar Xudiyev Çin torpaq sürüşməsi

Mənbə: apa.az

Xəbər Lenti