Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub

Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub

Tarix: 18 Oct 2026 01:55

Rusiyanın paytaxtı Moskva kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalır.

APA-nın Rusiya bürosunun məlumatına görə, yerli “Telegram” kanalları raket hücumu təhlükəsi barədə də məlumat yayıblar.

Hücumlarla əlaqədar Moskvanın hava limanlarında “Xalça planı” tətbiq edilib, uçuşlara məhdudiyyətlər qoyulub.

Paytaxtın Tekstilşiki, Kuzminki, Lyublino, Maryino, Kapotnya, Brateyevo, Zyablikovo, Naqatinski Zaton və Tsaritsıno rayonlarında dron təhlükəsi elan olunduğu bildirilir.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, son 24 saat ərzində paytaxta yaxınlaşan 195 pilotsuz uçuş aparatı vurulub.

Məhdudiyyətlər beynəlxalq uçuşlara da təsir göstərib. Belə ki, Türkiyədən Moskvaya uçan üç təyyarə Vnukovo hava limanında tətbiq edilən məhdudiyyətlər səbəbindən Polşa və Litvanın hava məkanından geri qayıtmalı olub.

Fərid Əkbərov Rusiya Moskva dron hücumu PUA Sergey Sobyanin Vnukovo hava limanları Xalça planı Türkiyə

Mənbə: apa.az

Xəbər Lenti