Bazar, 18 Oktyabr, 2026
Tarix: 18 Oct 2026 09:43
ABŞ-ın dövlət katibi Marko Rubio Ukraynada “Starlink” peyk rabitə sisteminin sürətinə tətbiq edilən məhdudiyyətlərə münasibət bildirib.
APA UNIAN-a istinadən xəbər verir ki, Rubio ABŞ-nin bu məhdudiyyətlərlə əlaqəsi olmadığını açıqlayıb.
Onun sözlərinə görə, “Starlink” kommersiya məhsulu, “Starshield” isə ABŞ Silahlı Qüvvələrinin istifadə etdiyi hərbi sistemdir. Rubio bildirib ki, Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün “Starshield” sisteminə çıxış istəyib. Lakin ABŞ hələlik buna icazə verməyib və məsələ müzakirə olunur.
Dövlət katibi Ukrayna Prezidenti Volodimir Zelenskinin məhdudiyyətlərin qəsdən tətbiq edilməsi barədə ittihamlarını da rədd edib.
Xatırladaq ki, Ukraynada pilotsuz uçuş aparatlarının idarə olunması üçün istifadə edilən peyk rabitəsinə saatda 160 kilometr sürət məhdudiyyəti tətbiq olunub. Ukrayna bu məhdudiyyətin aradan qaldırılması üçün “SpaceX” şirkəti və Pentaqonla danışıqlar aparır.
ABŞ Ukrayna Marko Rubio Volodimir Zelenski Starlink Starshield SpaceX Pentaqon Rusiya pilotsuz uçuş aparatları peyk rabitəsi
Mənbə: apa.az