Böyük Britaniyada müdafiə şirkətlərinin əməkdaşlarının əmlakına hücum edilib

Böyük Britaniyada müdafiə şirkətlərinin əməkdaşlarının əmlakına hücum edilib

Tarix: 18 Oct 2026 05:47

Böyük Britaniyada Fələstin tərəfdarı fəalların İsraillə əməkdaşlıq edən müdafiə şirkətlərinin əməkdaşlarına məxsus əmlaka hücum etdiyi bildirilir.

“The Times” nəşrinin məlumatına görə, son həftələr ərzində özünü “The List” adlandıran hərəkatın üzvləri bir neçə gecə hücumu həyata keçiriblər.

Fəalların müdafiə sənayesi müəssisələrinin əməkdaşlarına məxsus avtomobillərə və evlərin fasadlarına boya səpdiyi, bəzi hallarda isə ittihamedici yazılar yazdığı iddia olunur.

Belə hadisələr Hempşir qraflığının Flit şəhərində, eləcə də Edinburq yaxınlığındakı Danfermlin və Saut-Kuinzferri yaşayış məntəqələrində qeydə alınıb.

Nəşrin məlumatına görə, hücumlardan birində “Ultra Intelligence & Communications” şirkətinin rəhbər əməkdaşlarından birinin avtomobilinin təkərləri kəsilib.

Digər hadisədə isə “Leonardo UK” şirkətinin mühəndislərindən birinin yaşadığı evin yaxınlığındakı avtomobillərə qırmızı boya tökülüb.

Qeyd olunur ki, bu şirkətlər İsrailin müdafiə sənayesi ilə əməkdaşlıq edir. “Leonardo UK” İsrail Hərbi Hava Qüvvələrinin istifadə etdiyi F-35 qırıcıları üçün lazer hədəfgöstərmə sistemləri istehsal edir.

Böyük Britaniya İsrail Fələstin etiraz fəalları müdafiə sənayesi Leonardo UK The List

Mənbə: apa.az

Xəbər Lenti